Əsas məzmuna keç
balayiaz

Dil seçin

Menyu

24 saat ərzində real insan cavab verir · Bakı · 09:00–21:00

Haqqımızda

Bakıda kiçik bir komanda. Yalnız bal ayı səyahətləri ilə məşğuluq.

balayi.az bir neçə nəfərdən ibarətdir və hər sorğunu insan oxuyur. Saytda səbət yoxdur, çünki bal ayı bir düymə ilə alınan şey deyil — sizinlə danışmaq, tarixləri, büdcəni və nədən çəkindiyinizi bilmək lazımdır.

Paketləri üç səviyyəyə bölmüşük ki, nəyi ödədiyiniz aydın olsun. Standard-da nəyinsə əskik olduğunu hiss etməməlisiniz — sadəcə bəzi xidmətləri özünüz seçirsiniz.